İsveçli alimdən dəhşət saçan təklif – «Hannibalizmə üz tutmaq lazım gələcək…»

14:34 11-09-2019 170

Davranış problemlərini araşdıran isveçli alim Manqus Syöderlund belə bir ehtimal irəli sürüb ki, Yeri «xilas etmək üçün» insanların hannibalizmə üz tuması və özünə oxşarların ətini yeməsi lazım gələcək.

İsveçdəki teleşouların birində çıxışı zamanı o, gələcəkdə insanların qida rasionunun nələrdən ibarət olacağını müzakirə edərkən, iqlim dəyişikliyi ilə mübarizə üçün insan ətinin yeyilməsinin qaçılmaz olacağı barədə seminarlar keçirmək niyyətini ortaya qoyub.

Ətraf mühitin mühafizəçiləri inandırmağa çalışırlar ki, kənd təsərrüfatı (xüsusilə ət məhsulları sənayesi) qlobal istiləşmə adlandırılan problemin əsas səbəbidir. Vəziyyətdən çıxmaq üçün mümkün olanlar qismində Syöderlund ölmüş orqanizmlərin qida qismində istifadəsi ideyasını təklif edib.

Onun nəzərincə, bu istiqamətdə əsas maneə cəmiyyətdə mövcud olan tabu və belə yanaşmanın ölmüş bədənin təhqir olunması kimi qəbul edilməsidir. Alim qida qəbulu məsələsində insalara xas olan «bəzi mühafizəkarlıqları», məsələn, meyitə yönəlik adətdən kənar yanaşmanın qəbuledilməz olduğunu da xatırladıb.

Qeyd edək ki, diskusiya insan əllərinin çəngələ keçirilmiş təsvirlərinin nümayiş etdirilməsi ilə müşayiət olunub.

Məsələ burasındadır ki, bu, «Yerin xilası» üçün ortaya atılmış yeganə ideya deyil. Bir çox KİV-lər və ətraf mühit mühafizəçiləri buna oxşar biabırçı variantlar, məsələn, böcəklərin yeyilməsi ideyasını irəli sürüblər.

AzPolitika.info