TOVUZDA SABİQ MƏHKƏMƏ SƏDRİ GÜLLƏLƏNDİ – FOTOLAR

11:21 13-09-2019 25

Tovuz rayonunda güllələnən sabiq məhkəmə sədrini xəstəxanada ölüb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, rayon sakini, 1963-cü il təvəllüdlüƏləkbərov Firudin Muxtar oğlunuhəmyerlisi, 1959-cu il təvəllüdlüŞəmiyev Əli Məhərrəm oğlu güllələyib.

F.Ələkbərli 3 güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

“Report”un əldə etdiyi məlumkata görə, güllələnən F.Ələkbərli Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədridir. O, 1995-ci ildə fəaliyyətində qanunun kobudcasına pozulmasına görə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub.

Hadisəni törədən Ə.Şəmiyev polis tərəfindən saxlanılıb.