Rüstəmxanlı Heydər Əliyevlə nələri danışıb? - İlk dəfə

13:21 13-09-2019 5

Ötən həftə Speys TV-də yayımlanan “Sadə həqiqətlər” verilişində Baş nazir Novruz Məmmədovun verdiyi açıqlamalar cəmiyyətdə böyük maraq doğurub. Artıq tamaşaçılar sözügedən verilişin növbəti buraxılışında kimin qonaq olacağı ilə maraqlanır.

“Speys” telekanalından Kult.az-a verilən məlumata görə, “Sadə həqiqətlər” verilişinin növbəti qonağı xalq şairi Sabir Rüstəmxanlıdır.

Sabir Rüstəmxanlı verilişdə bəzi siyasi hadisələrlə bağlı ilk dəfə danışıb. Xalq şairi veriliş zamanı Elçibəy tərəfindən Bakıya dəvət olunan Heydər Əliyevlə həmin günün axşamı telefonla danışmasından bəhs edib. Həmçinin, Heydər Əliyevin tədbirlərdən birində iştirak edən zaman Sabir Rüstəmxanlı ilə söhbət etməsindən və müxalifət liderləri haqqında maraqlı fikirlər səsləndirməsindən söz açıb.

Sabir Rüstəmxanlı radikal müxalifətlə bağlı da açıqlamalar verib.

Qeyd edək ki, “Sadə həqiqətlər” verilişi bu gün (13 sentyabr) saat 21:50-də yayımlanacaq.