Azərbaycanda kölgə iqtisadiyyatının ortalama göstəricisi 50 faizə yaxındır

14:28 13-09-2019 5

1991-2018-ci illər arasında Azərbaycanda kölgə iqtisadiyyatının ortalama göstəricisi ildə 49,58 faiz təşkil edib.

Trend-in məlumatına görə, bunu İohann Kepler adına Avstriya Universitetinin iqtisadiyyat professoru Fridrix Şnayder “Kölgə iqtisadiyyatı ilə mübarizə iqtisadiyyatın inkişafının vacib amili kimi” adlı konfrans zamanı deyib.

O bildirib ki, 2018-ci ildə kölgə iqtisadiyyatı əvvəlki ildə qeydə alınan 44,78 faizdən 44,23 faizədək azalıb. Bu il həmin göstərici 44,6 faizə bərabərdir.

F.Şnayder əlavə edib ki, beş qonşu ölkə arasında kölgə iqtisadiyyatının ən aşağı səviyyəsi İranda (18,71 faiz), ən yüksək səviyyəsi isə Gürcüstanda (59,65 faiz) qeydə alınıb.