İraqda etiraz dalğası: 12 ölü, 650 yaralı

14:40 03-10-2019 85

 

İraqda baş verən etiraz aksiyaları zamanı həlak olanların sayı 12-yə, yaralıların sayı isə 650-yə çatıb.

Axar.az xəbər verir ki, bu barədə “Şəfəq” nəşri yazıb.

“Etiraz aksiyaları zamanı 11 etirazçı və 1 təhlükəsizlik işçisi həlak olub. Yaralıların sayı 650-dir. Onlardan 87 nəfəri təhlükəsizlik orqanlarının əməkdaşlarıdır”, - nəşr bildirib.

İraqda baş verən etiraz aksiyaları zamanı 122 nəfər saxlanılıb.